Azərbaycanın pensiya yaşı çoxdan keçmiş rektorların -   Siyahısı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın pensiya yaşı çoxdan keçmiş rektorların - Siyahısı

Siyasət

30 Oktyabr 2019 08:51 1242


Təqaüd yaşına çatmış və daha artıq yaşlı kadrların əvəzlənməsi prosesi təhsil sahəsindən də yan keçməyə bilər. 

“Yeni Sabah” xəbər verir ki, bu gün Azərbaycanın ali təhsil ocaqlarının rəhbərləri arasında təqaüd yaşına çatmış və daha artıq yaşlı rektorlar da var. Onların siyahısını təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov: 1943-cü ildə dünyaya gəlib, 76 yaşı var. Dördpendirli pizza

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev: 1941-ci ildə dünyaya gəlib, 78 yaşı var.

Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev: 1945-ci ildə dünyaya gəlib, 74 yaşı var.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov: 1948-ci ildə dünyaya gəlib, 71 yaşı var.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov: 1951-ci ildə dünyaya gəlib, 68 yaşı var.

Azərbaycan Milli Konsevatoriyasının rektoru Siyavuş Kərimi: 1954-cü ildə anadan olub, 65 yaşı var.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov: 1927-ci ildə anadan olub, 92 yaşı var.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru: Gülçöhrə Məmmədova: 1953-cü ildə dünyaya gəlib, 66 yaşı var.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva: 1946-cı ildə dünyaya gəlib, 73 yaşı var.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla: 1950-ci ildə dünyaya gəlib, 69 yaşı var.

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov: 1945-ci ildə anadan olub, 74 yaşı var.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli: 1947-ci ildə dünyaya gəlib, 72 yaşı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!