“Azərbaycanın qolu sayılmayıbsa...” – Kovaç

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın qolu sayılmayıbsa...” – Kovaç

İdman

14 Oktyabr 2019 09:57 1138


“Oyunun sonları yaxınlaşdıqca qol buraxmaq və final mərhələsi şansını itirməkdən qorxurdum”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Macarıstan millisinin futbolçusu İştvan Kovaç Avro-2020-nin seçmə mərhələsində evdə millimizə qalib gəldikləri (1:0) oyundan sonra deyib.

Futbolçu açıqlamasında yığmamızın üzvü Bəhlul Mustafazadənin sayılmayan qolunun hakim səhvi olduğunu bildirib: "Qorxduğumuz başımıza gəlmədiyinə görə sevinirəm. Hərçənd, eşitdim ki, rəqib təmiz qol vurmuşdu. Amma qol sayılmayıbsa, bu, bizim problemimiz deyil. Buna görə biz üzr istəməli deyilik. Bir neçə dəfə qol imkanım olsa da, istifadə edə bilmədim. Amma yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”. Dördpendirli pizza

Qeyd edək ki, matçın 90+3-cü dəqiqəsində millimizin üzvü Bəhlul Mustafazadə qol vursa da, hakim qolu qeydə almayıb. Lakin sonradan verdiyi açıqlamada epizodun təmiz qol olduğunu bildirib və millimizdən üzr istəyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!