Azərbaycanın Tehrandakı səfiri İran XİN-nin bir sıra rəsmiləri ilə görüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Tehrandakı səfiri İran XİN-nin bir sıra rəsmiləri ilə görüş keçirdi

Siyasət

02 Dekabr 2025 21:52 700


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” hesabında məlumat verilib.

Səfir Əli Əlizadə görüş zaman Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib. pizza mizza

Keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüş zamanı baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!