Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən zərərin videogörüntüləri onun Ukrayna Silahlı Qüvvələrinin “Patriot” zenit raketi ilə vurulduğunu göstərir.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın hərbi mənbəsi bildirib.
"Əraziyə "İsgəndər" raketi düşsəydi, krater Ukrayna videosundan qat-qat böyük və dərin və səfirlik kompleksi üçün ciddi dağıntılar olardı. Əgər "İsgəndər” döyüş başlığı havada partlasaydı, təkcə səfirliyin binalarına deyil, həm də şəhərin ətrafına dəyən ziyan geniş miqyasda olardı. Toyuqlu pizza
Bu, ilk dəfə deyil ki, Kiyev rejimi şəhər daxilində yerləşdirilmiş Ukrayna hava hücumundan müdafiə ekipajlarının qeyri-peşəkar hərəkətlərini Rusiyanın mülki infrastruktura iddia edilən zərbələrinin nəticələri kimi gizlətməyə çalışır”, - mənbə bildirib.
Telegram kanalımız