Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa etdi

Siyasət

16 May 2022 20:38 644


Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fəxri konsulluğun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, artıq bir neçə gündür ki, Ukraynanın Xarkov şəhərində sakitlikdir, ictimai nəqliyyat marşrutlara çıxır, şəhərə həyat qayıdır. Sezar pizza

Nəzərə çatdırılıb ki, Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpası tələb olunur.

Bununla əlaqədar bu gündən Fəxri konsulluq yeni ünvanda – Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir. Azərbaycan vətəndaşları aşağıdakı telefon nömrələri ilə Fəxri konsulluqla əlaqə saxlaya bilərlər:

+380503035727 Əfqan Salmanov

+38 0997887071 Oleq Velikix

+380688557004 Viktriya Yanul


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!