“Azərbaycanın yeni hücuma hazırlaşdığı açıq-aydın görünür” - Voskanyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın yeni hücuma hazırlaşdığı açıq-aydın görünür” - Voskanyan

Siyasət

02 Yanvar 2023 23:41 1365


“Azərbaycan Prezidenti son çıxışında elan etdi ki, Zəngilanda artıq bir kənd yerləşdirilib”.

Yenisabah.az xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan yazıb.

“Belə çıxır ki, 41 ailənin yaşadığı bir kənd üçün iki hava limanı tikilib. Əslində Azərbaycanın məqsədi başqadır. Dördpendirli pizza

Biri Füzulidə, digəri Zəngilanda tikilən aeroportlar ağır təyyarələri qəbul etməyə qadirdir.

Bakı köçkünləri Qarabağa tez bir zamanda köçürmək fikrində deyil. Qarabağı Ermənistan və İrana qarşı genişmiqyaslı əməliyyatlar aparmaq üçün hərbiləşdirilmiş zonaya çevirmək və bu ərazilərə regiondankənar qüvvələri də cəlb etmək məqsədi güdür.

Bu da o deməkdir ki, Bakı yeni hücuma hazırlaşır, sülh ilə bağlı verilən vədlər boş və mənasızdır. Ermənistan-İran strateji müttəfiqliyinin formalaşması və həyata keçirilməsi isə həyati zərurətə çevrilib”, – deyə Voskanyan sərsəmləyib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!