“Ermənistan Qarabağ probleminin həllini Ermənistan-Azərbaycan prosesindən ayırmağa və Xankəndi ilə Bakı arasında müzakirə mexanizminin formalaşması məntiqinə razılaşıb”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Berlində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik” forumunda çıxış edərkən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O deyib: “Ermənistan üçün Qarabağ ermənilərinin təhlükəsizlik və hüquq problemlərinin həllinə yönəlmiş təminat mexanizminin yaradılması vacibdir. Təfərrüatlara varmadan qeyd etmək istərdim ki, bütün erməni məhbusların qaytarılması və beynəlxalq təşkilatların Qarabağa daxil olması kimi humanitar məsələlər hələ də həll olunmamış qalır və bu, bizim üçün, narahatlıq doğuran əsas məsələlərdir”. pizza mizza
Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqlar prosesi üç əsas istiqamətdə gedir: Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair saziş, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və təhlükəsizliyi.
Telegram kanalımız