Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycanla YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.
"Yeni Sabah" xəbər verir ki, sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə M/enecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilib.
Telegram kanalımız