Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq 

Maraqlı

29 Sentyabr 2021 16:56 1582


Türkiyənin Akdeniz Universitetində hazırlanan kokteyl COVID-19 peyvəndlərinin sınaqları üçün hazırdır.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akdeniz Universitetinin professoru Tərlan Məmmədovun və rəhbərlik etdiyi qrupun il yarımdır üzərində işlədikləri “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarından hazırlanan kokteyl peyvəndin uşaqlarda da istifadəsi mümkündür.

T.Məmmədov bildirib ki, hazırlanan peyvənd koronavirusun mutasiyalarına qarşı da təsirli olacaq: Sezar pizza

“Peyvəndin bədəndə ikiqat antitel yaratmasını, iki dəfə çox qoruyucu olmasını da hədəfləmişik. Buna görə də ona kokteyl deyirik”.

Professor əlavə edib ki, sözügedən bitkini torpaqsız yüksək miqdarda hazırlamaq mümkündür:

“Biz hazırda onu laboratoriyada yetişdiririk. 1 kiloqram bitkidən 5 min doza peyvənd hazırlamaq mümkündür. Düşünürəm ki, hazırladığımız peyvənd ən təhlükəsizdir. Çünki onun əsasını protein təşkil edir”.

Qeyd edək ki, Tərlan Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. (lent.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!