Azərbaycanlı aparıcı 45 milyonluq əmlaka sahib oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aparıcı 45 milyonluq əmlaka sahib oldu

Dünya

07 Avqust 2019 16:37 1297


“Rossiya 24”-ün Azərbaycan əsilli aparıcısı Nailə Əsgərzadə Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahibi olub.

Bu məlumatı “Proekt.media” yayıb. Məlumata görə, Əsgərzadənin torpaq sahəsi Mixail Qorbaçov, daha sonra isə Boris Yeltsinin yaşadığı “Barvixa 4” dövlət iqamətgahının yaxınlığında yerləşir.

Sayt torpaq sahəsinin ümumi dəyərinin 45 milyon dollar olduğunu bildirib. Əsgərzadənin torpaq sahəsinin sahibi statusunu bir il əvvəl əldə etdiyi vurğulanıb. pizza hut

Sənədlərdə azərbaycanlı aparıcının torpaq sahəsinin fərdi mənzil tikintisi üçün yararlı olduğu qeyd edilib. Mətbuat həmçinin Əsgərzadənin torpaq sahəsi yaxınlığında Rusiya baş nazirinin müavini Anton Siluanov və müdafiə nazirinin müavini Ruslan Çalikovun iqamətgahlarının yerləşdiyini bildirib.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!