Azərbaycanlı avtoritet Ukraynada qətlə yetirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı avtoritet Ukraynada qətlə yetirildi - Foto

Kriminal

24 Fevral 2020 17:08 430


Ukraynanın Zaporojye vilayətində azərbaycanlı kriminal avtoritet qətlə yetirilib. Yenisabah.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, "Sarvan" ləqəbilə tanınan kriminal avtoritet fevralın 22-də sinəsindən aldığı bıçaq zərbəsindən ölüb. 1968-ci il təvəllüdlü "Sarvan"ın Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olduğu iddia edilir. O, həmçinin mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və "Qriqori" ləqəbilə tanınan kriminal avtoritetlə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın Azərbaycanın kriminal aləmi ilə də əlaqələrinin olduğu deyilir. Zaporojye polisi bildirib ki, qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir. https://cdn.yenisabah.az/files/krimm.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!