Azərbaycanlı “Beşiktaş“lılardan kənd məktəblərinə yardım   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “Beşiktaş“lılardan kənd məktəblərinə yardım - Fotolar

İdman

04 Oktyabr 2019 17:58 1274


Azərbaycanlı Beşiktaş azarkeşlərinin qurduğu "Təbəssüm yarat" könüllü qrupu Astara rayonunun Şümrüd kəndinə yardım kampaniyası təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 289 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilib.

Ölkənin dörd bir tərəfindən gələn 17 min manat məbləğin ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü səfərbər olub. 3 il ərzində Azərbaycanın 4 müxtəlif ucqar rayonunda (Daşkəsən, Ağdam, Ağcabədi, Astara) 5 məktəbdə təhsil alan şagirdləri sevindirən “Beşiktaş”lılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Dominos pizza

Qeyd edək ki, “Beşiktaş”lılar təkcə ucqar kəndlərə deyil, Bakı kəndlərinə də yardımlar edir. Bu yardımlar sadəcə məktəb ləvazimatı deyil, eyni zamanda ərzaq məhsulları da olur. Kompaniyaya dəstək üçün “Təbəssüm yarat”ın sosial hesablarına da müraciət etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!