Azərbaycanlı futbolçu Fransaya niyə buraxılmadı?   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Fransaya niyə buraxılmadı? - Səbəb

İdman

10 Oktyabr 2019 19:41 1514


Fransaya buraxılmayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Bakıya yola düşüb. 

AFFA-dan "Yeni Sabah"a daxil olan məlumata görə, U-21-in heyətində Fransa ilə matça yollanan T.Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yollanıb.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır. Oyunçu oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!