“Azərbaycanlı futbolçular göstəriblər ki...” – Rəqibimizi ehtiyyatlı olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlı futbolçular göstəriblər ki...” – Rəqibimizi ehtiyyatlı olmağa çağırdı

İdman

12 Noyabr 2019 12:57 1053


“Azərbaycan qrupun autsayderidir. Biz onların meydanında qalib gəlmişik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Polşanın “Zaqlebiye” klubunun slovakiyalı baş məşqçisi Martin Şevela deyib.

Təcrübəli mütəxəssis Avro-2020-nin seçmə mərhələsinin son oyunları barədə fikirlərini bölüşüb. O, Slovakiya millisinin həm Xorvatiya, həm Azərbaycanla oyuna yaxşı hazırlanmalı olduqlarını qeyd edib: Sezar pizza

“Xorvatiya ilə oyunda yaxşı nəticə qazansaq, bu əla olacaq. Düşünürəm ki, futbolçular da səbirsizliklə matçı gözləyirlər. Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla görüşə köklənməliyik. Lakin azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu matça da şüurlu, düzgün yanaşmalıyıq”.

Qeyd edək ki, Slovakiya noyabrın 16-da Xorvatiya, 19-da Azərbaycanla dogma meydanında qarşılaşacaqlar. 

Xatırldaq ki, Slovakiya millisi Azərbaycanla səfər qarşılaşmasında 1:5 hesabı ilə qalib gəlmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!