Azərbaycanlı güləşçi dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı güləşçi dünya çempionu oldu

İdman

29 Oktyabr 2019 20:17 1195


Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Turan Bayramov (65 kq) finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək çempion olub.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib.

Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb. pizza

Daha bir idmançımız Davud İbrahimov (70 kq) bürünc medal qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!