Azərbaycanlı hakim “Qızıl diplom“la təltif edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hakim “Qızıl diplom“la təltif edildi

İdman

11 Oktyabr 2019 19:57 1285


Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

"Yeni Sabah" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hakimə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı (4-13 oktyabr) ərəfəsində təqdim olunub.

Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir. pizza sifarişi

Xatırladaq ki, Rza Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!