Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, pauerliftinq üzrə dünya çempionumuz Rövşən Xəlilov bu dəfə də ümidləri doğruldub.
75 kq çəki dərəcəsində çıxış edən idmançımız iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Marqarita pizza
Həmyerlimiz üç dünya rekordunu qırıb. O, iki hərəkətdə (yerdən qaldırma – 287,5 kq və sinədən sıxma – 173 kq) və ümumi cəmdə (685,5 kq) dünya rekordunu yeniləyib.
Onun bu nəticələri dünya çempionatının 2 hərəkətin cəminə görə mütləq çempionluqda ikinci ən yaxşı nəticə sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.
Telegram kanalımız