Azərbaycanlı jurnalist Moldova mediasında Xocalıdan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı jurnalist Moldova mediasında Xocalıdan yazdı

Maraqlı

26 Fevral 2021 11:59 1050


Əməkdar jurnalist, "Olaylar" qəzetinin müxbiri Süleyman İsmayılbəylinin xarici KİV-lərdə Xocalı soyqırımından bəhs edən növbəti məqaləsi dərc edilib.

Yenisabah.az xəbər verir ki, Süleyman İsmayılbəylinin ermənilərin 29 il əvvəl Xocalıda törətdikləri vəhşilik, insanlıq əleyhinə cinayətləri barədə yazısı bu dəfə Moldovanın ava.md xəbər portalı, eləcə də Ukraynanın kuryer.if.ua saytında işıq üzü görüb. "Xocalı-XX əsrin ən dəhşətli soyqırımı" adlı məqalədə müəllif 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edir, erməni separatçıları və terrorçularının vəhşiliklərini təqdim edir.

Məqalədə həmçinin bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışılır və bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının uğurlu nəticələrindən söhbət açılır. Sezar pizza

Müəllif sonda əmin olduğunu bildirir ki, tezliklə Xocalıda azərbaycanlılara qarşı cinayətlər, vəhşiliklər törətmiş şəxslər beynəlxalq məhkəmələr tərəfindən layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, müəllifin bundan əvvəl eyni mövzu ilə bağlı yazıları Misir, İordaniya, Əlcəzair mətbuatında dərc edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!