Azərbaycanlı jurnalist Xankəndidə banket sifariş etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı jurnalist Xankəndidə banket sifariş etdi - Video

Hadisə

29 İyul 2023 22:37 5466


Artıq bir neçə gündür ki, Qarabağdakı separatçılar Xankəndinin “blokada”dan çıxması üçün hay-küy salıb etiraz edirlər. 

Erməni tərəfinin bu iddiasının əsassız olduğunu təsdiqləyən bir çox materiallar təqdim olunub. 

Bu dəfə Baku TV-nin müxbiri kiçik bir araşdırma apararaq separatçıların yalanını öz dillərilə çatdırıb. pizza mizza

Belə ki, o, Xankəndidəki restorların birilə telefon əlaqəsi saxlayaraq 15 nəfərlik banket sifariş verib. Bazar günü “Instagram” səhifəsi vasitəsilə banket üçün sifariş verdiyini deyən müxbir menyunu razılaşdırmq üçün nə vaxt yaxınlaşa biləcəyini soruşur.

Restoran əməkdaşı isə öz növbəsində saat 23:00-ə qədər işlədiklərini bildirərək istənilən vaxt yaxınlaşa bilcəyini söyləyib.

Müxbir qonaqlar qarşısında pərt olmamaq üçün menyuda hər şeyin olub-olmadığını da soruşur. Restoran əməkdaşı cavabında  “bəli var, ad günü üçün hər şey var” deyir.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!