Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto

Kriminal

23 Fevral 2020 19:40 1544


Ukraynanın Zaporojye vilayətində "Sarvan" ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb. "Yeni Sabah" xəbər verir ki, 1968-ci ildə anadan olmuş şəxs ötən gün fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib. "Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir",-yerli polis bildirir. Xəbərə görə, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet "Qriqori" ilə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın Azərbaycanda da "vor zakon"larla əlaqələri olub. /Publika.az https://cdn.yenisabah.az/files/avtoritet_olduruldu.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!