Azərbaycanlı müğənnilərin Rusiya hava limanında saxlanılması - Əsl səbəb AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənnilərin Rusiya hava limanında saxlanılması - Əsl səbəb AÇIQLANDI

Şou

29 Avqust 2025 19:43 4379


"Yeni dəb düşüb: müğənnilərimizin Rusiya hava limanlarında saxlanılmaları haqda xəbərlər yayılır. Əslində, bu, saxlanma-zad deyil. Sadəcə Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır".

Yenisabah.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünasın sözlərinə görə, məsələ sırf Azərbaycanla da bağlı deyil. pizza mizza

"Ümumən Rusiyadakı faktiki hərbi vəziyyətlə bağlıdır. Mən Moskvaya iyulun 1-də, yəni bu həngamənin lap başlanğıcında getmişdim və məni də bir neçə saat buraxmadılar. Digər azərbaycanlılar kimi. Amma yalnız bizə aid deyildi. Məsələn, tacikləri də gözlətdirirdilər. Odur ki, bizim müğənnilərimiz heç bir dövləti maraq kəsb etmir ki, onları orada kimsə saxlasın", - deyə hüquqşünas bildirib.

Xatırladaq ki, son günlərdə bir neçə müğənni, o cümlədən Nadir Qafarzadə, Şəbnəm Tovuzlu və digərləri Rusiya hava limanında saatlarla saxlanılmasından şikayətlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!