Azərbaycanlı şagird qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şagird qızıl medal qazandı

Sosial

29 Aprel 2019 21:45 783


Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.

BŞTİ-dən "Yeni Sabah"a verilən məlumata görə, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb.

Beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub. pizza sifarişi

Qeyd edək ki, yarışda ümumilikdə, 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.

Onu da qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var. Azərbaycanı təmsil edən məktəblilər yarışda 3 qızıl, 1 gümüş medal qazanıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!