Azərbaycanlı xanıma Birləşmiş Ərəb Əmirliklərində vəzifə verdilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı xanıma Birləşmiş Ərəb Əmirliklərində vəzifə verdilər

Maraqlı

09 Noyabr 2020 16:30 1525


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Universitetinin “Beynəlxalq əlaqələr” kafedrasının müəllimi, şərqşünas alim, əslən Cəbrayıl rayonundan olan Şəhrizad Süleyman BƏƏ-də məsul vəzifədə çalışacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Şəhrizad xanımın özü məlumat verib.

Belə ki, həmyerlimiz Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Lokallaşdırma Nazirliyinə təyinat alıb. O, sözügedən nazirlikdə şöbə müdiri vəzifəsində fəaliyyət göstərəcək. Dominos pizza

Qeyd edək ki, Şəhrizad Süleymanın bacısı, Birləşmiş Ərəb Əmirlikləri Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman isə COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə bir müddət əvvəl Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!