Azərbaycanlı Əliş Məmmədov Yakutiyada deputat seçildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı Əliş Məmmədov Yakutiyada deputat seçildi 

Maraqlı

11 Sentyabr 2023 12:53 532


Yakutiyanın Dövlət Məclisinə (İl Tümen) xalq deputatlarının seçilməsi başa çatıb. Yakutiyannın Xanqalas Ulusunda deputat yeri uğrunda mübarizə aparan 4 namizəddən biri azərbaycanlı Əliş Zabit oğlu Məmmədov olub. 

Yenisabah.az xəbər verir Xanqalas Ulusunun 17 kəndi həmyerlimiz Əliş Məmmədova səs verib. Nəticədə siyda.şımız İl Tümenə 4-cü çağırış deputat seçilib.

“Edinaya Rossiya” partiyasından deputatlığa namizədliklərini verənlər arasında  ən çox səs toplayan Əliş Məmmədov olubb. Dövlət Məclisinə seçilən 35 nəfər deputat arasında Əliş Məmmədov 82,60% səs alması ilə diqqət çəkib. Toyuqlu pizza

Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəkinin Oraban kəndində doğulub. 1989-cu ildən "YakutSement"in baş direktorudur.

Soydaşımız Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır.

Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb.

Soydaşımız Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!