Azərbaycanlılar Gürcüstanda 100 milyon dollar xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Gürcüstanda 100 milyon dollar xərcləyib

Rəsmi

23 Yanvar 2023 18:00 738


Əcnəbilər 2022-ci ildə Gürcüstanda rekord məbləğdə 3,5 milyard dollar xərcləyiblər.

Yenisabah.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə bu, 300 milyon dollar və məhdudiyyətlərin mövcud olduğu 2021-ci illə müqayisədə 182% çoxdur. pizza

Gəlirlərin artması turizmin bərpası və Rusiyadan miqrasiya dalğası ilə əlaqələndirilir, çünki müvəqqəti yaşayış yerinə gələn ruslar turist statusu ilə ölkədə bir ilə qədər qalmaq hüququna malikdirlər. Sonra onlar sərhədi keçməlidirlər və icazə verilən yaşayış ili yenidən başlayır.

Ruslar Gürcüstanda 891 milyon dollar xərcləyib ki, bu da ikinci yerdə qərarlaşan Türkiyə vətəndaşlarından 2,3 dəfə çoxdur.

Turistlər yay mövsümünün pik dövründə Gürcüstanda ən çox pul xərcləyiblər, avqustda - 523 milyon dollar. İlk onluğa 150 milyon dollardan çox pul xərcləyərək Ermənistan vətəndaşları da düşüb.

Turizm gəlirləri ölkələr üzrə bu cür bölüşdürülüb:

Rusiya - 891 milyon dollar;

Türkiyə - 399,4 milyon dollar;

Avropa İttifaqı - 333 milyon dollar;

Ukrayna - 282,3 milyon dollar;

İsrail - 270,5 milyon dollar;

Belarus - 244,2 milyon dollar;

Səudiyyə Ərəbistanı - 159,8 milyon dollar;

Ermənistan - 156,1 milyon dollar;

Azərbaycan - 100,4 milyon dollar;

İran - 91,1 milyon dollar;

Digər ölkələr – 589 milyon dollar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!