Azərbaycanlılar Ukraynadan qatarla təxliyə ediləcək - Danışıqlar aparılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Ukraynadan qatarla təxliyə ediləcək - Danışıqlar aparılır

Hadisə

01 Mart 2022 20:36 543


Ukrayna Azərbaycanlıları Radası vətəndaşlarımızın Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sözügedən qurumun baş katibi Ceyhun Kəsəmən deyib.

C. Kəsəmən bildirib ki, Ukraynada müharibə başlayandan etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyirlər: Dominos pizza

“Kiyevdə çox sayda azərbaycanlı, əsasən də tələbələr var. Biz Kiyevdən azərbaycanlıların təxliyəsi ilə bağlı bu gün avtobus ayrılması üçün danışıq aparsaq da, bu, mümkün olmadı. Avtobuslar hamısı Ukrayna Silahlı Qüvvələri üçün çalışır.

Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Biz bunun üçün müvafiq vəsait ödəməyə də hazırıq”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!