Azərbaycanlılardan məmurlara qarşı unikal aksiya -   “Qırx” mərasimi keçirdilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılardan məmurlara qarşı unikal aksiya - “Qırx” mərasimi keçirdilər - Video

Dünya

04 Fevral 2020 14:14 1194


Marneulidən olan fəallar meriya binası qarşısına halva gətiriblər və bələdiyyənin “ölmüş” 2020-ci il büdcəsinə “qırx” mərasimi keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, mülki fəallar deyirlər ki, Marneulinin 2020-ci il büdcəsi, 26 dekabr tarixində, qəbul olunduğu gün ölüb. Bu gün isə onun son mənzilə yollanmasından qırx gün keçir.

Mülki fəal Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, bələdiyyə 2020-ci il büdcəsini xalqın iştirakı olmadan və onların maraqlarını nəzərə almadan qəbul edib. Marqarita pizza

“Meriya təxminən 2019-cu ilin sentyabr ayından kəndlərdə sakinlərlə görüşlərə başladı və biz də bu prosesə fəal şəkildə qoşulmuşduq. Kəndlərdəki fəalların görüşlər haqqında məlumatı olmurdu və yalnız yerli hakimiyyətin tərəfdarları bilirdilər. Həmçinin gender problemi də olurdu, Marneuli yerli özünüidarəsi büdcəni planlaşdıranda qadınların maraqlarını nəzərə almırdı, çünki qadınlar görüşlərdə iştirak etmirdilər. Misal üçün, Sadaxlıda görüşdə təxminən 100 nəfər iştirak edirdi, onların arasında qadınlar yox idi”.

Rəşan onu da qeyd edir ki, büdcənin ictimai müzakirəsində yalnız Marneuli meriyası tərəfindən dəvət olunmuş məmurlar, məktəb və bağça nümayəndələri iştirak edirdilər.

“Getsinlər özlərinin qırx mərasimlərini keçirsinlər... Bunların etdikləri tərbiyəsizlikdir”, – Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze mülki fəalların aksiyasına münasibət bildirərkən dedi.

Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, büdcənin planlaşdırılması zamanı əhali ilə görüşlər fəal şəkildə keçirdi.

“Meriya və biz ayrı-ayrılıqda görüşlər keçirirdik. Sonra toplanmış məlumatı birlikdə araşdırdıq, müzakirə etdik, sakinlərlə görüşlərdə aşkarlanan prioritetlər nəzərə alınıb. Bu il büdcəyə düşə bilməyən məsələlər gələn illərin büdcəsində nəzərə alınacaq. Onları bu qədər maraqlandırırdısa, müzakirələr keçirilərkən gələrdilər və iştirak edərdilər. O zaman bunun üçün boş vaxtları yox idi və indi nələrsə uydururlar”, – Amiran Qiorqadze deyir.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin bu ilki büdcəsi 35 955 348 lari təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!