“Azercell“-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları - FOTO

Sosial

09 Fevral 2023 23:59 664


Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər

"Azercell Telekom" MMC “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib. 

Azercell abunəçiləri 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə “Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.  Dördpendirli pizza

Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 8116 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar. 

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 (“Nargis” Fondu) nömrəsinə, www.yardim.et (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar. 

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” komandası Türkiyəyə dəstək məqsədilə başlatdığı yardım aksiyasını da davam etdirir. 

Azercell şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir. 

#TürkiyəSəninləyik 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!