Azercell yeni korporativ təkliflərini açıqlayır

saytların hazırlanması

Evə çatdırılma

Azercell yeni korporativ təkliflərini açıqlayır

Sosial

13 May 2019 10:10 1037


Azercell korporativ müştərilərinin istifadəsinə “Biznesim” - yeni nəsil tarif planları və rəqəmsal xidmətlərini təqdim edir.

Yeni tarif paket abunəçilərə daha da geniş 4G sürətli internet imkanları, limitsiz şirkətdaxili zənglər və yeni Rəqəmsal Xidmətlər portfelindən yararlanmaq fürsəti ilə öncəki tarif paketlərdən xüsusilə fərqlənir. Rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və azaltmağa kömək edəcək yeni tarif paketlər ilə əməkdaşlarınız arasında əlaqəni məkandan asılı olmayaraq təmin edə biləcəksiniz.

Əlavə olaraq, Azercell-in yeni Tarif paketlərini aktiv edən korporativ müştərilər yeni Rəqəmsal Xidmətlər portfelindən istifadə etmə imkanı əldə edirlər. Bura Domain qeydiyyatı, Web səhifələrin yaradılması, Toplu Sms, Profilli sms və sair xidmətlər aiddir.  Toyuqlu pizza

“Müştərilərə və insanlara biznesin mərkəzi kimi yanaşmağın zəruriliyinə fokuslanmaq bizim hədəf olaraq təyin etdiyimiz və yeni məzmunlu məhsullar portfelimizə daxil etdiyimiz əsas xüsusiyyətlərdir. Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmaq, yeni nəsil həllərin təqbiq edilməsi və  fərdiləşdirilmiş xidmətlə təmin edilməsi yolu ilə  onların Rəqəmsal Transformasiya prosesini idarə etməyi hədəfləyirik”, deyə Azercell-in Korporativ Seqment Biznes strukturunun departament rəhbəri Giorgos Chatzis bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!