“Azərenerji”nin gəlirləri bir ildə 300 mln. dollardan çox azalıb 

saytların hazırlanması

Evə çatdırılma

“Azərenerji”nin gəlirləri bir ildə 300 mln. dollardan çox azalıb 

İqtisadiyyat

03 Fevral 2025 16:32 378


2024-cü ildə "Azərenerji" ASC xaricə 93,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə 2023-cü ilə nisbətən 4,3 dəfə azdır. 

“Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir.  Məlumata görə, son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 308,4 milyon dollar azalıb.

2023-cü ildə "Azərenerji" xaricə 401,5 milyon dollarlıq məhsul ixrac etmişdi.  pizza

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!