“AzerGold” QSC-nin 2023-cü ildə xalis mənfəəti əvvəlki ilə nisbətən 15,1% azalaraq 27,68 milyon ABŞ dollarına enib.
Yeni Sabah QSC-nin konsolidə edilmiş hesabatına istinadən xəbər verir ki, dövlət şirkətinin xalis mənfəəti bir ildə 4,94 milyon dollar azalıb. Belə ki, 2022-ci ildə “Azergold” 32,62 milyon dollar mənfəət açıqlamışdı.
Şirkətin konsolidə edilmiş xalis mənfəəti isə 27,23 milyon dollar olub ki, bu da 2022-ci ilə nisbətən 10% və ya 2,98 milyon manat azdır. Dördpendirli pizza
Şirkətin açıqlamasına görə, satışın maya dəyərinin artması onun xalis mənfəətinin azalmasına təsir edib. Belə ki, 2023-cü il üzrə Cəmiyyətin amortizasiya xərcləri 2022-ci ile nisbətən 18.25 mln. ABŞ dolları artaraq, 35.26 mln. ABŞ dolları təşkil edib. Bundan əlavə, 2023-cü ildə qızılın istehsal həcminin artması ilə əlaqədar hasil edilən filizlərin və nəticə etibarı ilə partlayış və daşınma xərclərinin artması müşahidə olunub. Bu xərclər 3.182 mln. ABŞ dolları artaraq, 20.470 mln. ABŞ dolları təşkil edib. Həmçinin, 2023-cü ildə qızılın istehsal həcminin artması, daha mürəkkəb və emalı çətin olan sulfidli filizlərin emala cəlb olunması material və kimyəvi maddələrin təchiz edilməsi xərclərinin artmasına səbəb olub. Nəticədə müvafiq xərclər ümumilikdą 1.899 mln. ABŞ dolları artaraq, 5.824 mln. ABŞ dolları təşkil edib.
Bununla belə, 2023-cü il üzrə QSC-nin ümumi aktivləri 110 mln. dollar artaraq 468,15 mln. ABŞ dollarına, ümumi kapitalı isə 2023-cü ildə 53,7 mln. ABŞ dolları və ya 20,4% artaraq, 317,25 mln. ABŞ dollarına bərabər olub.
Telegram kanalımız