“Azərişıq” ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarda

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri və Şəhidlər xiyabanlarda

İqtisadiyyat

10 Fevral 2025 11:56 271


"Azərişıq" ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar qurumun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. Səhmdar Cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Pepperoni pizza

Qeyd edək ki, "Azərişıq" ASC Cənab Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamına əsasən yaradılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!