“Azərişıq” cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır

Dünya

20 Yanvar 2026 17:28 676


Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq” ASC-dən məlumat verilib.

"Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək" - məlumatda deyilir.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!