“Azərişıq“ əməkdaşlarının vaksinasiyasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ əməkdaşlarının vaksinasiyasına başlanıldı

Sağlamlıq

06 Aprel 2021 14:19 881


Bu gündən "Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyasına başlanılıb. Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

Yenisabah.az-ın məlumatına görə, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1 000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: "Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişiq" pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1 000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa, 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik".

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini vurulacaq: "Hər gün üçün təxminən 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!