“Azərişıq” yenidənqurma işləri aparır

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” yenidənqurma işləri aparır

Sosial

17 May 2019 13:31 1214


“Azərişıq” qərb regionunda irimiqyaslı yenidənqurma işlərini davam etdirir.

“Azərişıq”dan “Yeni Sabah”a verilən məlumata görə, Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub.

Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Bildirilib ki, tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb. Pepperoni pizza

Qəsəbə və kəndlərdə yeni KTM-lər quraşdırılıb, dəmir-beton dayaqlar basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 20 min 765 metr məsafədə kabelləşmə işi aparılıb. Cəbhəyanı olan kəndlərdə hazırda yenidənqurma işləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!