“Azərsun Holding”dən külli miqdarda oğurluq olub

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holding”dən külli miqdarda oğurluq olub

Kriminal

07 Mart 2020 13:55 1857


Zaqatalada zavoddan külli miqdarda fındıq oğurlanıb.

“Yenisabah”ın məlumatına görə, "Azərsun Kənd Təsərrüfatı" MMC-nin Zaqatala Fındıq Zavodundan 2 ton fındıq oğurlanıb. 

Bu barədə dərhal Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib və polis əməkdaşları hadisə yerinə baxış keçirib. Faktla bağlı Zaqatala RPŞ-də cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, hələlik saxlanılan şəxs və ya şəxslər yoxdur. Baş vermiş cinayətlə bağlı Zaqatala Fındıq Zavodunun tabe olduğu “Azərsun” Holdinqlə əlaqə saxladıq. Holdinqdən bildirdilər ki, istirahət günü olduğundan heç bir açıqlama verə bilməzlər. Pepperoni pizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!