“Azərsun Holdinq” Moskvada keçirilən Beynəlxalq Qida sərgisində iştirak edir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” Moskvada keçirilən Beynəlxalq Qida sərgisində iştirak edir

İqtisadiyyat

03 Fevral 2025 17:06 233


Yerli məhsulları dünyanın 40-dan ölkəsinə “Made in Azerbaijan” şüarı ilə ixrac edən  “Azərsun Holdinq” 3-7 fevral tarixlərində “Prodekspo” sərgisində iştirak edir.

“Bizim Tarla”, “Saville”, “Zeytun bağları”, “Shokki Mokki”  və digər milli markaların təqdim edildiyi stend ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.  

Rusiya bazarına yeni təklif olunan “Feel True” markası xüsusilə qonaqların diqqətini cəlb edib.  Adıçəkilən marka artıq 4 ildən artıqdır ki, ölkəmizdə sağlam həyat tərzinə üstünlük verənlərin əsas seçimlərindəndir. pizza hut

Qeyd edək ki, Bakıda və bölgələrdə 30-dan artıq istehsal müəssisəsi yaratmış “Azərsun Holdinq” 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edir və ölkəmizin ixrac potensialının artırılmasında mühim rol oynayır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!