“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar

İqtisadiyyat

23 Dekabr 2024 16:16 1672


“Azərsun Holdinq” istehsal müəssisələrində tətbiq etdiyi yeniliklər və peşəkar komandası ilə Türkiyədə keçirilən 27-ci ənənəvi KalDer–“Türkiyə Kalitə Dərnəyi” Kaizen müsabiqəsinə qatılaraq yüksək nəticələr qazanıb. Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK), İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki, Sun Food müəssisələri ilkin mərhələləri keçərək finala vəsiqə qazanıblar.

Ankara şəhərində keçirilən final tədbirində, “Azərsun Holdinq” əməkdaşları, 1500 nəfərlik izləyici qarşısında layihələrini təqdim ediblər. Təqdimatlar nəticəsində AKKİK və İmişli Şəkər Zavodu Kaizen Mükafatına layiq görülərək kubok qazanıblar. Bu mükafatlar, şirkətin istehsal sahəsindəki yüksək standartlarını dünya səviyyəsində nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.

Səfərdən mükafatla qayıdan əməkdaşlar “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşərək layihələrini təqdim ediblər. Pepperoni pizza

Qeyd edək ki, “Azərsun Holdinq”in Kaizen fəaliyyətləri ilə əldə etdiyi bu mükafatlar, yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da yüksək qiymətləndirir. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!