“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

İqtisadiyyat

14 Aprel 2025 15:17 709


“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir. Bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”dir. Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək.

Müraciət etmək istəyənlərin  CV-lərini 15 May tarixinədək geleceksen@azersun.com elektron poçt ünvanına göndərmələri tələb olunur. Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir.

 Gələcək sənin əlindədir, bu yay sən də “GələcəkSƏN” ilə parlamaq üçün doğru yolda addımla! Dominos pizza

Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl də təhsilə dəstək missiyası çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetin 20 magistr tələbəsinin yataqxana xərcini ödəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!