“Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir

İqtisadiyyat

06 Noyabr 2024 13:10 1691


Məlum olduğu kimi, dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un başlamasına sayılı günlər qalıb. COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olan “Azərsun Holdinq”in hazırlıqları da yekunlaşmaq üzrədir. Mavi zonada “Azerçay” markası ilə təmsil olunan şirkətlər qrupu həmçinin layihənin əsas çay təminatçısıdır.

Eyni zamanda, Yaşıl zonada 300 kv metrlik ərazini əhatə edən pavilyona sahibdir. Vurğulamaq lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcək qlobal konfrans çərçivəsində şirkətlər qrupunun pavilyonunda müxtəlif tədbirlər keçiriləcək. Hazırlıq işləri ilə tanış olmaq, görülən işləri nəzərdən keçirmək üçün holdinqin nümayəndələri və tərəfdaşları Sustainera Solutions şirkətinin və Media Balans agentliyinin rəhbərləri pavilyona baş çəkiblər.

Qeyd edək kİ, “Azərsun Holdinq” öncəki illərdə də ölkəmizdə təşkil olunan bir çox qlobal layihələrin əsas tərəfdaşı qismində çıxış edib və hər kəsi Yaşıl zonada yerləşən pavilyonu ziyarət etməyə dəvət edir. Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!