“Azərsun Holdinq”in rəhbər heyəti 20 Yanvar şəhidlərini yad etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq”in rəhbər heyəti 20 Yanvar şəhidlərini yad etdi - FOTO

Sosial

20 Yanvar 2026 13:32 1383


20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

"Yeni Sabah" xəbər verir ki, ziyarət zamanı 1990-cı il 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Qanlı Yanvar gecəsində xalqımızın azadlıq iradəsini boğmaq məqsədilə törədilmiş bu faciənin ölkə tarixində silinməz iz buraxdığı bir daha xatırlanıb. Qeyd edək ki, 20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda ilk qurbanları olmaqla yanaşı, milli azadlıq mübarizəsinin rəmzinə çevriliblər. Onların göstərdiyi mərdlik və fədakarlıq bu gün də xalqımız üçün qürur mənbəyidir və gələcək nəsillərə örnək olaraq yaşayır. Dominos pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!