“Azfen” MMC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Tikinti şirkəti 2023-cü ili 11,47 mln. manat xalis mənfəətlə bitirib.
“Yeni Sabah”ın hesablamasına görə, bu, 2022-ci illə müqayisədə 7,1 dəfə və ya 69,9 mln. manat azalma deməkdir.
Şirkətin vergiyəqədərki mənfəəti 2022-ci illə müqayisədə 7,3 dəfə azalaraq 14,29 milyon manata, mənfəət vergisi ödəmələri isə 8,3 dəfə azalaraq 2,8 milyon manata enib. Sezar pizza
Ötən il “Azfen” 14% kiçilib. Belə ki, 2024-cü ilin yanvarın 1-nə “Azfen”in aktivləri 276,573 milyon manat olub. Başqa sözlə, şirkətin cəmi aktivləri bir ildə 45 mln. manat azalıb.
Dövr üzrə həmçinin, şirkətin öhdəlikləri 3,3 dəfə azalaraq 25,04 milyon manata enib. “Azfen”in balans kapitalı isə əksinə, 4,8 % artaraq 251,5 milyon manata yüksəlib.
Xatırladaq ki, "Azfen" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 277 min manatdır.
Telegram kanalımız