AzTV arxivləri açacaq: Mir Cəlalın nadir fotoları və digər maraqlı materiallar təqdim olunacaq - Video

saytların hazırlanması

Evə çatdırılma

AzTV arxivləri açacaq: Mir Cəlalın nadir fotoları və digər maraqlı materiallar təqdim olunacaq - Video

Mədəniyyət

02 May 2021 14:34 1238


Azərbaycan Televiziyasında yayımlanan, geniş tamaşaçı kütləsinin marağını çəkmiş “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, layihə komandası Mir Cəlalın həyat və yaradıcılığını araşdırıb, onunla bağlı bilinməyən faktları ortaya çıxarıb. Dominos pizza

Verilişdə ədibin heç yerdə görmədiyiniz fotoları, həyat və yaradıcılığı ilə bağlı eşitmədiyiniz məqamlar, arxiv materiallar nümayiş olunacaq.

Tarın qadağa olunduğu vaxtlarda Mir Cəlal milli kimliyinə sevgisini gizlətməyib, hətta bu musiqi aləti ilə foto da çəkdirib.

Bu və bunun kimi kadrlara bu gün - 2 may saat 22:00-da AzTV-də yayımlanacaq “Yüz ilin adamları”nda baxa bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!