“AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər” –  Nigardan tənqidə cavab

saytların hazırlanması

Evə çatdırılma

“AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər” –  Nigardan tənqidə cavab

Şou

13 Noyabr 2019 07:40 1172


Xəbər verdiyimiz kimi, “Eurovision 2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəlib. Onlar AzTV-də aparıcılığa başlayıb. Eldar və Nigar bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək.

“Yeni Sabah” xəbər verir ki, Nigar Camal verilişlərinin ilk fotolarını sosial şəbəkədə paylaşıb. İzləyicilərindən biri onun niyə məhz AzTV də işə başlamağının səbəbini soruşub:

“Xeyirli olsun sənin üçün!  Bu boyda kanallar olan ölkədə niyə  AzTV?  Amma bir şeyi yaxşıdır ki, ürəyiniz nə istəyirsə, edə və deyə bilərsiniz, onsuz da o kanala baxan yoxdur”. pizza hut

Nİgar Camal sözügedən şərhə “Ona görə ki, AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər”, – deyə cavab verib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!