“Artsax silahlı qüvvələri”nin keçmiş “komandan”ı Samvel Babayan 44 günlük müharibədən sonra “Artsax”ın “siyasi həyatı”na yenidən inteqrasiya edib. Bundan başqa, o, “Artsax qəhrəmanı” titulundan və “təhlükəsizlik şurası”nın katibi vəzifəsindən imtina etdiyini bəyan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri əlavə edib ki, onun bu hərəkəti məsuliyyətdən yayınmaq və məğlubiyyətin günahını separatçı rejimin “hərbi-siyasi rəhbərliyi”n çiyninə yükləmək cəhdi kimi qiymətləndirilib: pizza
“Dünən Babayan Stepanakert (Xankəndi) Mədəniyyət və Gənclər Sarayında “Artsaxın İntibah Günü” münasibətilə təşkil olunmuş təntənəli tədbirdə iştirak edirdi. Lakin o, “Artsax”ın keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan, eləcə də “dövlət naziri” Ruben Vardanyan ilə ön cərgələrdə oturmamışdı.
“Artsax”dak mənbələrimiz deyir ki, Babayan növbəti seçkilərə hazırlaşaraq komanda yoldaşları ilə aktiv görüşlər keçirir. O, gizlətmir ki, “konstitusiya”ya dəyişiklik edilsə, “dövlət naziri” vəzifəsini tutmağın əleyhinə olmayacaq. Amma nə Qarabağ ictimaiyyətində, nə də “hakimiyyət” dairələrində ona hər hansı bir vəzifə təklif etməyə hazırlaşmırlar”.
Xatırladaq ki, tanınamış “DQR”də “konstitusiya”ya dəyişiklik edilməsi məsələsi yenidən gündəmə gəlib. Fevralın 13-də Arayik Arutyunyan “fərman” imzalayaraq “Hərbi vəziyyət dövründə “respublika” prezidentinin vəzifəsi boş qaldığı halda “milli məclis” tərəfindən prezidentin seçilməsi və onun xüsusiyyətləri haqqında” layihəni “parlament”ə göndərib.
Bundan başqa qondarma rejimin “milli məclisi” düzəlişi “referendum” olmadan, səslərin üçdə ikisi ilə müzakirə etməli və qəbul etməlidir. Daha sonra isə “parlament” fors-major vəziyyətlərdə “Artsax prezidenti”ni təyin etmək hüququna malik olacaq.
Telegram kanalımız