Bacısını boğaraq qətlə yetirən 20 yaşlı Təbriz anasını da ölümlə təhdid edirmiş - Video

saytların hazırlanması

Evə çatdırılma

Bacısını boğaraq qətlə yetirən 20 yaşlı Təbriz anasını da ölümlə təhdid edirmiş - Video

Kriminal

01 İyul 2024 20:48 1187


İyulun 1-i səhər saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki qətlin təfərrüatı məlum olub.

27 yaşlı Təhminə Qasımovanın qardaşı, 20 yaşlı Təbriz Qasımovla aralarında baş vermiş mübahisə nəticəsində qətlə yetirildiyi deyilir.

Qətlə yetirilən Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışırdı. Dördpendirli pizza

Verilən məlumata görə, onu gecə saat 2 radələrində qardaşı iş çıxışı zamanı qarşılayıb və birlikdə evə gediblər.

Qonşuların sözlərinə görə, qardaşı anası və mərhumla tez-tez mübahisə edirmiş:

"On gün əvvəl kirayə ev istədiyini dedi. Qardaşı onunla, anası ilə yola getmirdi. Bacısına deyirdi ki, sizi öldürəcəyəm. Anası ilə başqa evə çıxmaq istəyirdi".

Qətli törətməkdə şübhəli bilinən Təbriz Qasımov polisə könüllü təslim olub. Hadisə ilə bağlı istintaq aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!