Bağdadi öldü, siyahı yeniləndi: Onları ələ verən milyonlarla dollar alacaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bağdadi öldü, siyahı yeniləndi: Onları ələ verən milyonlarla dollar alacaq - Fotolar

Dünya

28 Oktyabr 2019 11:46 1388


Xəbər verdiyimiz kimi, Amerika xüsusi təyinatlıları ötən gün oktyabrın 26-da Suriyanın şimalındakı İdlib bölgəsində keçirilən əməliyyat nəticəsində İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini məhv ediblər. 

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, başına 25 milyon qoyulan Bağdadinin ölümündən sonra ABŞ-ın ən çox axtardığı terrorçuların siyahısı yenilənib.

Həmin siyahıda artıq ilk yerdə başına 25 milyon dollar təyin olunan Əymən əz-Zəvahiri dayanır. O tərror təşkilatı olan “Əl-Qaidə”nin başçısıdır və 11 sentyabr hadisələrindən bu yana gizlənir. Pepperoni pizza

Daha sonra keçmiş misirli polkovnik Saif al-Adel gəlir ki, onun başına 10 milyon dollar qoyulub. Polkovnik 1998-ci ildə ABŞ-ın Keniyadakı səfirliyinin bombalanmasında rolu olduğu üçün axtarılır. 

Siyahıda 3-cü yerdə Livan vətəndaşı olan Həsən İzz-Al-Din qərarlaşıb. Onu ələ verəni 5 milyon dollar mükafat gözləyir. O, 1985-ci ildə ABŞ-da baş verən təyyarə qaçırtma və bu hadisə zamanı baş verən cinayətlər səbəbi ilə axtarışdadır.

Əbdülkərim Hüseyn Məhəmməd Al-Nassər və Əbdül Rəhman Yasin də başlarına 5 milyon qoyulan terrorçular olaraq siyahıda yer alıblar.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!