Bağdadinin arvadından şok kəşfiyyat məlumatı

saytların hazırlanması

Evə çatdırılma

Bağdadinin arvadından şok kəşfiyyat məlumatı

Dünya

10 Noyabr 2019 18:46 1195


Türkiyə tərəfindən yaxalanan İŞİD lideri Əbubəkr Bağdadinin ilk həyat yoldaşı Əsma Feysi Məhəmməd əl Kubeysinin terror təşkilatı ilə bağlı genişmaştablı kəşfiyyat məlumatları verdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Fransanın AFP agentliyi adının açıqlanmasını istəməyən türkiyəli rəsmiyə istinadla Bağdadinin həyat yoldaşının İŞİD-ə məxsus daxili və gizli informasiyaları kəşfiyyat orqanlarına verdiyini yazıb.

"Əsl kimliyini dərhal üzə çıxardıq. Özü könüllü şəkildə Bağdadi və İŞİD haqda geniş kəşfiyyat məlumatı verdi. Əlimizdə olan bir çox informasiyanı bu ifadə nəticəsində dəqiqləşdirmək imkanımız oldu. Eyni zamanda başqa yerlərdə də bir çox əməliyyat həyata keçirib İŞİD üzvlərini tutmaq üçün yeni kəşfiyyat məlumatları da əldə etdik", - deyə rəsmi söyləyib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!