“Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlər ilə bağlı məsələyə baxıb. Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bugünkü bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitiv, yəni vətəndaşların xeyirinə qərar gözləyirlər. Təbii ki, biz də vətəndaşların xeyrinə qərarın qəbul ediləcəyinə ümid edirik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi, məbləğ kifayət qədər böyükdür”.
Yenisabah.az xəbər verir ki, bunu deputat, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki,Mərkəzi Bankın bugünkü açıqlamasında diqqəti çəkən iki mühüm məqam var:
“Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank da bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu, o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən bankların olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqların qorunması baxımından təqdirəlayiqdir”. pizza sifarişi
Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra pullar blok edilib.
Telegram kanalımız