Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

İqtisadiyyat

25 İyun 2020 12:53 1008


Azərbaycanda bağlanan dörd bank üzrə ("Atabank", "Amrahbank", "AGBank" və "NBC Bank" – red.) qorunan əmanəti olanlara vəsaitlərin geri qaytarılması çərçivəsində 7 548 nəfərə 83,9 mln. manatlıq kompensasiya ödənilib.

Yenisabah.az bildirir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, toplam olaraq 74 100 nəfərlik əmanətçi sayı var ki, onların əmanətləri sığortalanan hesab olunur: "Burada əmanətlərin ümumi məbləği 670,7 mln. manatdır. Təbii ki, bu rəqəmə problemləri aşkar olunan banklardakı sığortalan əmanətlər kateqoriyasına aid olmayan əmanətlər də daxildir". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!